Bakıda oğurluq baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonu ərazisində mənzillərin birindən 17000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikəri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Faiq Cavadov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.