Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin iki otağının döşəməsi 35 m² sahədə və evin zirzəmisində quraşdırılan 1 ədəd kombi aparatı yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.