Bakıda dəhşətli qəza:  Ölənlər və yaralananlar var - ADLAR
24 aprel 2025 10:45 (UTC +04:00)

Bakıda dəhşətli qəza: Ölənlər və yaralananlar var - ADLAR

Bakıda baş verən dəhşətli qəzada ölən və yaralananların adları məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Puta qəsəbəsi istiqamətində bir-biri ilə əks istiqamətdə hərəkət edən Məlikov Ramin İmambaxış oğlunun idarə etdiyi "Lada" markalı 90-VM-038 dövlət qeydiyyat nişanlı avtomobillə Sultanlı Sultan Rafael oğlunun idarə netdiyi "Hyundai" markalı 99-CY-072 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

Nəticədə avtomobillərdə olan sərnişinlər - Rüstəmov Hacıalı Adil oğlu və Məlikova Vəsfiyyə Yasin qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.  

Hər iki sürücü, həmçinin avtomobillərdə olan digər sərnişinlər Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar

Fakta görə Qaradağ Rayon Polis İfdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

***

saat 00:53

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza Qaradağ rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli APA-ya açıqlamasında bildirib ki, qəza nəticəsində iki avtomobil toqquşub və nəticədə iki sərnişin ölüb.

“Aprelin 23-də saat 17:50-də paytaxtın Qaradağ rayonu ərazisində “Lada” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində iki sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır”, - o bildirib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, 23.04.2025-ci il tarixində saat 17:50 radələrində Qaradağ rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadaları tərəfindən 6 nəfər (1-i uşaq olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

***

23:18

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az Bakupost-a istinadən xəbər verir ki, qəza nəticəsində 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfillinin verdiyi məlumata görə, aprelin 23-də saat 17:50-də paytaxtın Qaradağ rayonu ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində iki sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb.

Hazırda istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3484

Oxşar yazılar