Bakıda dava: 1 nəfər bıçaqlandı
30 iyun 2023 03:03 (UTC +04:00)

Bakıda dava: 1 nəfər bıçaqlandı

0

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Azadlıq prospektində şadlıq evinin qarşısında qeydə alınıb.

Ələkbətov Alik Sərvər oğlu küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb. O bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2292

Oxşar yazılar