Bakıda dənizdə batan şəxsin kimliyi bilinib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Xətai rayonu ərazisində dənizdə batan şəxs 52 yaşlı İsgəndər Hüseynovdur.
Axtarışlar zamanı onun qayığı aşkar edilib. Mərhumun meyitinin tapılması üçün axtarış tədbirləri davam etdirilir.
***
11:02
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 10 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.