Bakıda binanın zirzəmisində yanğın oldu,  10 nəfər...
02 iyul 2023 23:39 (UTC +04:00)

Bakıda binanın zirzəmisində yanğın oldu, 10 nəfər...

0

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yanğın olub.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 8 m² sahədə məişət tullantıları yanıb.

"Yanğın zamanı 10 nəfər (5-i azyaşlı olmaqla) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2020

Oxşar yazılar