Bakıda bank kartını itirən əcnəbinin başına oyun gəldi
14 yanvar 2023 14:40 (UTC +04:00)

Bakıda bank kartını itirən əcnəbinin başına oyun gəldi

0

Bakıda əcnəbi vətəndaşın bank kartından pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, yanvarın 11-də bir əcnəbi vətəndaşın bank kartını itirməsi və hesabından 358 manatının çıxarılaraq oğurlanması barədə polisə məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Zəngilan rayon sakini Hafiz Tağıyev və Bakı şəhər sakini Məhəmməd İlyasov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3268

Oxşar yazılar