Bakıda bahalı velosiped oğurlandı
27 aprel 2024 12:07 (UTC +04:00)

Bakıda bahalı velosiped oğurlandı

Bakıda bahalı velosiped oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayonu ərazisində bir nəfərə məxsus 1400 manat dəyərində velosiped oğurlanıb.

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İslam Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1596
avatar

Oxşar yazılar