Bakıda axtarışda olan oğru evi qarət etdi
24 fevral 2023 14:13 (UTC +04:00)

Bakıda axtarışda olan oğru evi qarət etdi

0

Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, fevralın 13-də Bakıxanov qəsəbəsindəki evlərin birindən pul və 3830 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş E.Eminov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2133

Oxşar yazılar