Bakıda avtomobilin vurduğu piyada öldü
14 oktyabr 2023 02:25 (UTC +04:00)

Bakıda avtomobilin vurduğu piyada öldü

0

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Bakı-Sumqayıt yolunun Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil 50-55 yaşlarında olan kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qəza səbəbindən yolun hər iki istiqamətində tıxac yaranıb. Əraziyə polis əməkdaşları cəlb edilib. 

Hadisənin təfərrüatı araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7388

Oxşar yazılar