İyunun 10-da səhər saatlarında Moskvanın Krılatskaya küçəsində yerləşən elit yaşayış kompleksində baş verən ikiqat intiharın dəhşətli təfərrüatları üzə çıxıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 15 yaşlı oğlu ilə birlikdə intihar edən 53 yaşlı qadın uzun illər ruhi xəstəlikdən əziyyət çəksə də, müalicədən imtina edib. Yaxınları onun əvvəlcə uşağı, sonra isə özünü öldürdüyünü ehtimal edir.
Bildirilir ki, yerli vaxtla saat 9:25-də Krılatskaya küçəsində yerləşən elit yaşayış kompleksinin iti ilə gəzən sakini təcili yardım çağırıb. O, dayanmış maşının damında uzanmış cansız yeniyetməni, daha sonra yerdə qadın cəsədini görüb - məlum olub ki, oğlanın anasıdır. Bir neçə dəqiqə sonra gələn tibb işçiləri iki ölüm faktını təsdiqləyiblər.
Məlum olub ki, Bakıda doğulan etnik erməni olan moskvalı qadın və onun oğlu Rusiya və Belçikanın ikili vətəndaşlığına malikdir. Xaricdə yaşayan qohumlarının biznesləri var. Qadın da vaxtaşırı onlara baş çəkirmiş.
“Onun irsi xəstəliyi var idi. Kəskinləşmə zamanı o, hamıya təhqirlər yazırdı. Bu yaxınlarda ailəsi onu həkimlərə necə göstərmək barədə düşünürdü, amma o, imtina edib və tamamilə qeyri-adekvat vəziyyətdə idi. Faciə ərəfəsində dostuna yazıb ki, gəl, məndə xərçəngin 4-cü mərhələsi var, oğlumu götür. Məlum olub ki, bu, onun fantaziyalarıdır”, - tanışlarından biri deyib.
Dostlar əmindirlər ki, qadın əvvəlcə dəlilik halında oğlu ilə amansızcasına rəftar edib, sonra isə özünə öldürüb.
Ölən uşağın atası, kommersiya daşımaları sahəsində çalışan 37 yaşlı iş adamı Səudiyyə Ərəbistanında həcc ziyarətindədir.