Bakıda ana və qızı YOXA ÇIXDI:  kişi ailəsini axtarır
29 iyul 2024 09:53 (UTC +04:00)

Bakıda ana və qızı YOXA ÇIXDI: kişi ailəsini axtarır

Bakıda ana və azyaşlı qızı itkin düşüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. 

Bakı şəhər sakini F.Baloğlanov polisə müraciət edərək həyat yoldaşı 25 yaşlı F.Ə və 4 yaşlı qızı Z.F-nın itkin düşdüyünü bildirib.

Onların sonuncu dəfə Nizami rayonu R.Rüstəmov küçəsi 54 ünvanında yerləşən dayanacaqda görüldüyü, bundan sonra yoxa çıxdıqları bildirilir.  

Hazırda polis ana və qızın tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1137
avatar

Arzu Qurbanlı

Oxşar yazılar