Qvardiola “Mançester Siti”dəki gələcəyindən  DANIŞDI
28 iyul 2024 19:20 (UTC +04:00)

Qvardiola “Mançester Siti”dəki gələcəyindən DANIŞDI

İngiltərənin "Mançester Siti" futbol klubunun baş məşqçisi Pep Qvardiola klubda nə qədər qalmağı planlaşdırdığını açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə məşhur italyan insayder Fabrisio Romano məlumat verib. “8 ildir ki, “Mançester Siti”dəyəm və daha 8 il burada qalmayacağam, burada qalmaqdan getməyə daha yaxınam, amma getdiyimi hələ deməmişəm...” ispaniyalı mütəxəssis vəziyyəti izah edib.

Qvardiolanın ingilis klubu ilə hazırkı müqaviləsi gələn mövsümün sonuna qədərdir.

Qvardiola 2016-cı ildən "Mançester Siti"də çalışır. Klubda 8 il ərzində o, 2022/23 mövsümündə Çempionlar Liqası da daxil olmaqla 17 kubok qazanıb.

Keçən ilin sonlarında “Mançester Siti” FİFA Klublararası Dünya Çempionatının finalında “Fluminense”ni məğlub edib. "Bu, inanılmaz bir il idi. Əlimizdən gələn hər şeyi qazandıq. İndi bunu yenidən etməyə çalışmağın vaxtıdır", - Qvardiola həmin vaxt şərh edib.

"Mançester Siti" tarixində ilk dəfə Klublararası Dünya Çempionatının qalibi olub. Bu kubok komandanın 2023-cü ildəki beşinci mükafatı idi. Əvvəllər “şəhərlilər” Premyer Liqanın çempionu olub, İngiltərə Kubokunu, Çempionlar Liqasını və UEFA Super Kubokunu qazanıb.

“Mançester Siti” bir təqvim ilində beş kubok qazanan ilk ingilis klubu olub.

Pep Qvardiola özü məşqçilik karyerasında dördüncü dəfə Klublararası Dünya Kubokunu qazanıb və turnir tarixinin ən titullu məşqçisi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2418
avatar

Oxşar yazılar