Rusiyanın Tətbiqi Geofizika İnstitutundan verilən məlumata görə, alimlər iyulun 28-də Günəşdə səkkiz güclü partdayış qeydə alıblar.
Lent.az xəbər verir ki, birinci partlayış Bakı vaxtı ilə saat 03:51-də, sonuncu partlayış isə isə saat 16:22-də baş verib.
Partlayışların ən böyüyü və rentgen şüalarına yaxın olanı 03:57-də baş verib.
Bundan əlavə, silsilə partlayışlardan sonra Günəş şüalarının Yerin ionosfer qatına təsir səviyyəsi beş indikator şkalasında R2-yə (orta) yüksəlib. Qeyd edək ki, burada ən yüksək səviyyə R5 (ekstremal) təşkil edir.