Masallıda bədbəxt hadisə baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən ayaşayış binasında qeydə alınıb.
Həmin binanın 4-cü mərtəbəsində yaşayan 20 yaşlı Arzu Mirzəyeva eyvanda təmizlik işləri görərkən oradan yıxılıb.
Gənc qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.