Azərbaycanda 3 il əvvəl törədilən qətlin üstü açıldı - QISQANCLIQ
29 iyul 2024 10:50 (UTC +04:00)

Azərbaycanda 3 il əvvəl törədilən qətlin üstü açıldı - QISQANCLIQ

Qəbələdə 3 il əvvəl törədilən qətlin üstü açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, 2021-ci il dekabrın 25-də Qəbələ rayonunda 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovun qeyri-aşkar şəraitdə almış olduğu xəsarətdən daxil olduğu xəstəxanada ölməsi faktına görə cinayət işi başlanılıb. 

Polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mübariz Sultanovun qısqanclıq zəminində B.Salahova kəsici alətlə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

M.Sultanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1197
avatar

Oxşar yazılar