“Real”ın hücumçusu sevgilisinin postuna  reaksiya verdi: Cazibədar fitnes modelin FOTOLARI
29 iyul 2024 10:59 (UTC +04:00)

“Real”ın hücumçusu sevgilisinin postuna reaksiya verdi: Cazibədar fitnes modelin FOTOLARI

Aprel ayında Braziliya mətbuatında "Real"ın hücumçusu Rodriqo Qoes və fitnes modeli Bruna Rottanın görüşdüyü barədə xəbərlər yayılıb. Qız tez-tez “Real”ın Madriddə keçirilən oyunlarına getməyə başlayıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, futbolçu və model münasibətlərini rəsmi olaraq təsdiqləməyiblər, lakin getdikcə eyni yerlərdə görülməyə başlayıblar və sosial şəbəkələrdə də bir-birlərini izləyiblər.

Bruna iyulun 27-də yeni bir post dərc edib:

"Sənin məni istədiyin qədər mən də səni istəyirəm".

Və uzun müddətdən sonra ilk dəfə olaraq Rodriqo bəyənmə ilə cavab verib. Bundan sonra onların cütlük olması ilə bağlı fərziyyələr getdikcə daha inandırıcı olur.


 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870
avatar

Oxşar yazılar