Bakının Sabunçu rayonunda ağır yol qəzası zamanı 5 yaşlı uşaq dünyasını dəyişib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Şuşa şəhərciyi ərazisində 2019-cu il təvəllüdlü Məmmədova Aylin Rabil qızını minik avtomobili vurub.
Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.