Bakıda 251 min dolları APARDILAR,  saxlanılan var
02 dekabr 2024 11:42 (UTC +04:00)

Bakıda 251 min dolları APARDILAR, saxlanılan var

Polis Binəqədi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 2 nəfəri müəyyən edərək saxlayıb.

Lent.az DİN-ə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 251.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı E.Gözəlov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 10.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 46 yaşlı V.Rzayev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8727
avatar

Oxşar yazılar