Bakıda tələbə özünü binadan atdı -  YENİLƏNİB
26 sentyabr 2022 11:48 (UTC +04:00)

Bakıda tələbə özünü binadan atdı - YENİLƏNİB

İki gün əvvəl intihar edən şəxslə bağlı bəzi təffərrüatlar məlum olub. 

Lent.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, özünə qəsd edən 22 yaşlı gənc tələbə olub. 

O, Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının III kurs tələbəsi imiş. 

***

24.09.2022 (18:33)

Bakıda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu Qara Qarayev prospektində qeydə alınıb. 

Burada 22 yaşlı Ülvi Xankişiyev özünü yaşadığı binadan ataraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

# 7971
avatar

Aytəkin Cəlali

Oxşar yazılar