Bakıda 16 yaşlı oğlan dənizdə batdı
07 iyul 2026 12:04 (UTC +04:00)

Bakıda 16 yaşlı oğlan dənizdə batdı

0

Dünən axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunaraq axtarışlara başlanılıb.

Lent.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar