Bakıda 1 yaşlı uşaq qoturluqdan  ölüb - YENİLƏNİB
28 aprel 2026 18:00 (UTC +04:00)

Bakıda 1 yaşlı uşaq qoturluqdan ölüb - YENİLƏNİB

0

Aprelin 25-i saat 11 radələrində 2025-ci il təvəllüdlü körpə (Kişi cinsli) təcili tibbi yardım briqadası tərəfindən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə hospitalizasiya olunub.

Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, körpəyə qoturluq diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib:

"Müalicəsi 2-ci Dermatoveneroloji şöbəsində davam etdirilib. Aprelin 26-sı saat 16:30 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Baş vermiş hadisə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində şəxslərə göstərilən tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi və ölüm hallarının təhlili üzrə komissiyası tərəfindən araşdırılır".

***

saat 11:14

Bakıda azyaşlı xəstəlikdən ölüb.

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

1 yaşlı Ağahüseyn Elşən oğlu Əliyev müayinəyə aparıldığı xəstəxanada ölüb. Onun pnevmaniya xəstəliyindən öldüyü bildirilir.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 724

Oxşar yazılar