Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, “Toyota” markalı minik avtomobili hərəkətdə olarkən “Chagman” markalı yük avtomobilinə çırpılıb.
Nəticədə 35 yaşlı Bakı şəhər sakini Pərvanə Quliyeva hadisə yerində ölüb. Minik avtomobilində olan daha 4 nəfər - 9 yaşlı Fidan Məmmədova, 16 yaşlı Nərmin Quliyeva, 11 yaşlı Ahu Quliyeva və 29 yaşlı Nigar Məmmədova ağir bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Hazırda fakt araşdırılır.
Cəfər Talıb