Bakı-Qazax yolunda  QƏZA:   Ölən var - YENİLƏNİB
09 mart 2023 02:27 (UTC +04:00)

Bakı-Qazax yolunda QƏZA: Ölən var - YENİLƏNİB

0

Hacıqabulda baş verən qəzada ölən və yaralananların adları məlum olub.

Lent.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Bərdə sakini, 1938-ci il təvəllüdlü Əliyeva Asiya hadisə yerində ölüb.

Xəsarət alan Bərdə rayon sakinləri, sərnişin 1969-cu il təvəllüdlü Əliyeva Alidə Aslan qızı və sürücü 1996-cı il Cabbarov Elməddin Əhəd oğlu Şirvan xəstəxanasına yerləşdiriliblər.

***

Saat 01:10

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

"Renault Megane" markalı avtomobil yol kənarında dayanan "Mercedes Ateko" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə minik avtomobilindəki sərnişin (sürücünün nənəsi) hadisə yerində ölüb.

Sürücü və digər sərnişin müxtəlif bədən xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4768

Oxşar yazılar