Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.
Lent.az-ın məlumatına görə, TƏBİB-dən APA-ya bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.
Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb.
***
Heydər Əliyev Beynəlxalq Aeroportunda bədbəxt hadisə baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, yük daşıyan kranın aşması nəticəsində bir nəfər ölüb.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.