Azyaşlı qardaşlar göldə BOĞULDU
02 may 2025 16:05 (UTC +04:00)

Azyaşlı qardaşlar göldə BOĞULDU

Rusiyanın Omsk vilayətində 10 və 7 yaşlı iki qardaş göldə ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə mayın 1-də günorta saatlarında Slobodçiki kəndi yaxınlığındakı Bolşoy Buren gölündə baş verib.

Qardaşlar mayın 1-də günorta saatlarında evdən çıxıb geri qayıtmayıblar və bu səbəbdən valideynləri polisə müraciət ediblər. Sonradan oğlanların cəsədləri tapılıb.

Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb.

Məlum olub ki, ailənin 16 yaşlı böyük bacısı da var. Oğlanları uzun müddət tapmaq mümkün olmadığı üçün bu maddə ilə cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarından bildirilib ki, iş üzrə açılan maddə “ehtiyatsızlıqdan ölümə səbəb” kimi yenidən təsnifləşdiriləcək.

Hazırda hadisənin bütün şəraiti aydınlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1152

Oxşar yazılar