Azov dənizində yük gəmisinə dron hücumu nəticəsində həlak olan gəmi kapitanı köməkçisi Məhəmməd İlham oğlu Əliyev dəfn olunub.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, 29 yaşlı Məhəmməd Əliyevin nəşi doğulduğu Zaqatala rayonu Aşağı Tala kəndinə gətirilib. Onunla vida mərasimi keçirilib.
Vida mərasimindən sonra M. Əliyev doğulduğu kəndin qəbiristanlığında dəfn edilib.


