Rusiyanın Volqoqrad vilayətində əcnəbilərin qondarma qeydiyyatı ilə bağlı iş açılıb.
Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, 50 yaşlı Traktorozavodski rayon sakini öz mənzilində 19 Azərbaycan Respublikası vətəndaşını qanunsuz qeydiyyata alıb.
Cinayətkar günahını etiraf edib və cinayəti pul üçün törətdiyini izah edib. Faktla bağlı cinayət işi açılıb. Onu 5 ilə qədər həbs gözləyir.