Azərbaycanlı oliqarx həbsdən çıxmaq üçün  100 milyon verir
16 oktyabr 2025 17:21 (UTC +04:00)

Azərbaycanlı oliqarx həbsdən çıxmaq üçün 100 milyon verir

0

Rusiyanın Voronej şəhərində yaşayan azərbaycanlı oliqarx Yusif Rəsul oğlu Xəlilovun nümayəndələri Federal Təhlükəsizlik Xidmətinin “K” İdarəsinin yeni rəhbərliyi ilə əlaqə qurmağa çalışırlar.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, məqsəd Xəlilovun azadlığa buraxılması və eyni zamanda onun dəbdəbəli “Yardy” restoranının taleyinin həlli ilə bağlı razılaşma əldə etməkdir. Bildirilir ki, təklif olunan “razılaşma”nın məbləği 100 milyon rubldan (təxminən 2 milyon 172 min 500 manat) çoxdur.

Xatırladaq ki, FTX-nin “K” İdarəsinin yeni rəhbəri Aleksey Truxaçevin qardaşı Sergey Truxaçev hazırda Voronej vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edir.

Eyni zamanda, FTX-nin keçmiş “K” İdarə rəisi İvan Tkaçev (hazırda FSB-nin Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri) Xəlilovun biznes-partnyoru və “Alekseyevski” bazarının digər sahibi Təyyub Hüseynovla şəxsən tanışdır. Təyyub Məmməd oğlu Hüseynov həmçinin Belqorod şəhərində bir neçə oxşar bazara nəzarət edir.

Qeyd edək ki, Voronej şəhərində azərbaycan diasporunun rəhbəri və “Alekseyevski” bazarının sahibi Yusif Rəsul oğlu Xəlilov rüşvət ittihamı ilə həbs olunub və hazırda təcridxanada saxlanılır.

Yusif Xəlilov “Yardy Superbar” restoranının, “Fort” kafesinin sahibi və iri “Alekseyevski” ərzaq bazarının şərikidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 642

Oxşar yazılar