Rusiyanın Krasnoyarsk vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı milyonçu Rəşad Həsənovun Şimal magistralında yerləşən tərəvəz anbarına basqın ediblər.
Lent.az yerli mediaya istinadla bildirir ki, əməliyyat nəticəsində 20 miqrant ərazidən uzaqlaşdırılıb.
Məlumata görə, müəssisədən 6 əcnəbi hərbi komissarlığa göndərilib, daha 3 nəfər isə çoxsaylı qanun pozuntularına görə ölkədən xaric ediləcək.
İş adamı Həsənovun Krasnoyarsk diyarında bir neçə şirkəti olduğunu öyrənmək mümkün olub. Qeyd olunur ki, sahibkar regionun ən bahalı dövlət nömrə nişanlarından birinə malik “Rolls-Royce” markalı avtomobil sürür.
Həsənov təhlükəsizlik qüvvələrinin əməliyyatı ilə bağlı vəziyyəti şərh etməyib.