Azərbaycanlı iş adamı Moldovada HƏBS OLUNDU
15 dekabr 2021 10:55 (UTC +04:00)

Azərbaycanlı iş adamı Moldovada HƏBS OLUNDU

Moldovanın Kişinyov şəhər məhkəməsi Nuriyev soyadlı Azərbaycan vətəndaşını 13 il azadlıqdan məhrum edib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, o, Türkiyə vətəndaşını şantaj etməkdə təqsirli bilinir. İstintaqla məlum olub ki, Nuriyev və Türkiyə vətəndaşı uzun müddət biznes şəriki olublar. Sonradan Türkiyə vətəndaşı ondan 2 milyon ley (178 min 500 manat) borc pul alıb. Amma pulu vaxtında qaytara bilməyib.

Bundan sonra, Azərbaycan vətəndaşı başqa bir həmyerlisi ilə Türkiyə vətəndaşının “Range Rover” markalı avtomobilini girov götürüblər. Onu digər əməlləri ilə şantaj ediblər.

Hadisənin digər iştirakçısının məhkəməsi isə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2688
avatar

Mehman Nəbiyev

Oxşar yazılar