Azərbaycandan Dubaya milyonlarla pul göndərən  hakerlər saxlanıldı
01 fevral 2024 17:39 (UTC +04:00)

Azərbaycandan Dubaya milyonlarla pul göndərən hakerlər saxlanıldı

Azərbaycanda kibercinayətkarlıqla məşğul olan dəstə üzvləri saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, dəstə üzvləri Azərbaycandan Dubaya, Rusiyaya və əks istiqamətdə qanunsuz valyuta köçürmələri ilə məşğul olublar. 

Belə ki, dəstə üzvü Ə. E. və digərləri öz “yolları” ilə ölkə xaricinə və əksinə pul köçürənlərə “xidmət göstəriblər”. Nəticədə həmin pulların faizləri ilə 3 milyon 740 min manatdan çox gəlir əldə ediblər.

Saxlanılanlardan Ə. E. Cinayət Məcəlləsinin 193-1.3.1-ci ( Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik) tərəfindən törədildikdə), 193-1.3.2-ci (xeyli miqdarda törədildikdə) və 206-1.3-cü (ölkə xaricinə və ya xaricdən ölkəyə qanunsuz pul köçürmələri xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Hazırad məhkəmə istintaqı davam edir.

# 4161
avatar

Mehman Nəbiyev

Oxşar yazılar