Azərbaycanda  TOY KARVANINDA FACİƏ:  3 nəfər öldü
09 yanvar 2023 12:30 (UTC +04:00)

Azərbaycanda TOY KARVANINDA FACİƏ: 3 nəfər öldü

Ağcabədidə ağır yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb. 

Toy karvanı ilə hərəkət edən “VAZ 2107” markalı avtomobil “ Mercedes” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan 3 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 

Ölənlər - 1999-cu il təvəllüdlü Nağıyev Uğur Məhəmməd oğlu, onun bacısı, Nağıyeva Əziz Məhəmməd qızı və onun həyat yoldaşı, Nağıyev Yasin Ənvər oğludur.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən və xəsarət alan şəxslər toya gedirlərmiş.

# 3867
avatar

Oxşar yazılar