Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsində nöqsan aşkar olunub.
Lent.az xəbər verir ki, idarə əməkdaşları sənaye tullantılarını məhv edərkən ətraf mühitə və ekologiyaya zərər vurublar. Ona görə də idarə barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə) maddəsilə protokol tərtib olunub.
Protokol baxılması üçün rayon məhkəməsinə göndərilib. İş hakim Çingiz İsgəndərovun icraatına verilib.
Qeyd edək ki, həmin maddə əsasında hüquqi şəxslər 6500 manatdan 8000 manatadək cərimələnir.