Ucarda intihar olub.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə bu gün rayonun Qarabörk kəndində baş verib.
Rusiya vətəndaşı, 56 yaşlı Oborina Elena Vitalevna həyat yoldaşının yaşadığı evin həyətindəki tikilidə özünü asıb.
İntiharın səbəbi məlum deyil.