Azərbaycanda polis qəzada öldü   - YENİLƏNİB
16 iyul 2023 00:56 (UTC +04:00)

Azərbaycanda polis qəzada öldü - YENİLƏNİB

Lənkəranda baş verən qəzada yaralıların kimliyi məlum olub.

Lent.az xəbər verir ki, adlar aşağıdakı kimidir:

1. Süleymanov Rüfət Valeh oğlu (2007)
2. Süleymanova Gülsüm Valeh qızı (2009)
3. Süleymanov Valeh Kamal oğlu (1973)
4. Süleymanova Nuranə Süleyman qızı (1983)
5. Süleymanlı Səkinə Elman (2001)
6. Süleymanlı Fatimə Elman (2001)
7. Süleymanova Afət Təvəkkül qızı (1983).

Yaralılar xəstəxananın müvafiq şöbələrinə yerləşdiriliblər.

***

Saat 00:48

Lənkəranda ağır yol qəzası olub.

Lənkəran rayon mərkəzi xəstəxanasının mətbuat xidmətindən Lent.az-a verilən məlumatda bildirilir ki, 07.2023 il tarixində saat 22.00 radələrində Ələt Astara magistral yolun Lenkeran rayon Boladi kəndindən kecen hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə 7 yaralı daxıl olub.

Xəstələrə ilkin tibbi xidmətlər gösrərilib.

Yaralar birincili işlənib.

Yaralılara bud sümüyünün sınığı, təpə nahiyəsinin əzilmiş didilmiş yaraları, sağ yuxarı ətraf və burunun sıyrılmış yaraları diaqnozu qoyulub.

Xəstələrdən 2-si kişi, 3-qadın, 2-si azyaşlıdır.

Qeyd edək ki, sürücü hadisə yerində dünyasını dəyişib.

Saat 00:13

***

İyulun 15-də saat 22 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən Lent.az-a məlumata görə, Elman Süleymanovun idarə etdiyi "Mitsubishi Pojero" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində sürücü ölüb, avtomobildə olan sərnişinlər isə xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, E. Süleymanov polis nəfəridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4731
avatar

Oxşar yazılar