Azərbaycanda övladı ilə itkin düşən analar  tapıldı
06 iyun 2024 12:28 (UTC +04:00)

Azərbaycanda övladı ilə itkin düşən analar tapıldı

İyunun 5-də itkin düşən daha 10 nəfər tapılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2023-cü il sentyabrın 15-dən Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 30 yaşlı qadın, aprelin 27-dən Kürdəmir rayonu ərazisində azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 28 yaşlı qadın, aprelin 25-dən Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 50 yaşlı kişi, mayın 15-dən Abşeron rayonunun Novxanı kəndi ərazisində azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 25 yaşlı qadın, mayın 27-dən Gəncə şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 24 yaşlı kişi, mayın 28-dən Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 16 yaşlı qız, mayın 31-dən Şabran rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 22 yaşlı qadın və iyunun 3-dən Xətai rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2070
avatar

Oxşar yazılar