Azərbaycanda mikroavtobus aşdı: ölən və yaralılar var  - SİYAHI  - YENİLƏNİB
13 mart 2021 10:22 (UTC +04:00)

Azərbaycanda mikroavtobus aşdı: ölən və yaralılar var - SİYAHI - YENİLƏNİB

Biləsuvarda mikroavtobusun aşması nəticəsində xəsarət alan 5 nəfərin adı məlum olub:

APA-nın yerli bürosunun xəbərinə görə, onlar aşağıdakılardır:

1981-ci il təvəllüdlü Natiq Süleymanov, (Astara sakini)

1982-ci il təvəllüdlü Əsmər Qəhrəmanova (Astara sakini)

1982-ci il təvəllüdlü Ruslan Məmmədov (Masallı sakini)

1990-ci il təvəllüdlü Şəhriyar Mirzəyev (Astara sakini)

2005-ci il təvəllüdlü Rəqsanə Süleymanlı (Astara sakini)

Onların Biləsuvar və Cəlilabad rayonlarının mərkəzi xəstəxanalarına yerləşdiriliblər.

Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.

***

09.20

Biləsuvarda mikroavtobus aşıb, ölən var.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.

Mikroavtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə, nəqliyyat vasitəsinin içində olan şəxslərdən 1 nəfər ölüb, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3531
avatar

Oxşar yazılar