Azərbaycanda həkim səhvi ÖLÜMƏ SƏBƏB OLDU
15 dekabr 2021 10:10 (UTC +04:00)

Azərbaycanda həkim səhvi ÖLÜMƏ SƏBƏB OLDU

Oktyabrın 10-da rayonun Ərçivan qəsəbə sakini Elnarə Əliyevanın “dərman zəhərlənməsi” diaqnozu ilə Astara rayon mərkəzi xəstəxanasında daxil olması və ertəsi gün orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Astara rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Elnarə Əliyevaya göstərilmiş tibbi yardımların tam həcmdə və vaxtında icra olunmaması, vəziyyətinin düzgün qiymətləndirilməməsi nəticəsində ölümün baş verməsi müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4764
avatar

Mehman Nəbiyev

Oxşar yazılar