Azərbaycanda gəlinlər arasında  DAVA:   Ölən var - YENİLƏNİB
08 oktyabr 2021 14:32 (UTC +04:00)

Azərbaycanda gəlinlər arasında DAVA: Ölən var - YENİLƏNİB

1

Oktyabrın 8-si saat 12 radələrində Astara rayonu, Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Rayon Prokurorıluğundan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1994-cü il təvəllüdlü Gülsevər Ağayevaya şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Gülsevər Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

***

saat 13:11

Astara rayonunda qadınlar arasında münaqişə ölümlə nəticələnib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, rayonun Şəmətük kəndində yaşayan Ağayeva Gülsevər Hilal qızı və Ağayeva Mehparə Ağamirzə qızı arasında münaqişə yaranıb. Nəticədə G. Ağayeva M. Ağayevanı bıçaqlayıb. Xəsarət alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, o, qısa zamanda ölüb.

Məlumata görə, qadınlar qohumdurlar, qətlə yetirilən Mehparə Ağayeva Gülsevər Ağayevanın ərinin əmisi arvadıdır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 4752

Oxşar yazılar