Xəbərə APA TV-nin süjeti əlavə olunub
***
saat 10:45
"Ağdaş" klubunun rəhbəri və qohumunun çayda boğulması hadisəsi ilə bağlı bəzi detallar bəlli olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Fərid Ağazadə övladları ilə istirahət məqsədi ilə çay kənarına gedib.
F.Ağazadə çaya girib və bir müddət sonra ailəni gətirən taksi sürücüsü onun sudan çıxmadığını görüb. O, dərhal Fəridin dayısı oğlu Rəhman Əliyevə zəng edib.
Hadisə yerinə gələn R.Əliyev qohumunu çaydan çıxarmaq üçün çaya girib və o da boğulub.
Qeyd edək ki, Fərid Ağazadə ailəli olub, 3 qız övladı var. Rəhman Əliyev isə subay olub./oxu.az
***
saat 09:01
Ağdaşda boğulma hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Dəhnəxəlil kəndi ərazisində qeydə alınıb.
Ağdaş şəhər sakini, 1988-ci il təvəllüdlü Ağazadə Fərid Ağa oğlu çayda çimərkən boğulub.
Onu sudan çıxartmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Əliyev Rəhman Cəfər oğlu da çayda boğularaq ölüb. Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılıb.
Qeyd edək ki, çayda boğulanlardan biri - Rəhman Əliyev Azərbaycan II liqa təmsilçilərindən “Ağdaş” klubunun rəhbəri olub.