Masallıda bir ailənin 7 üzvü dəm qazından zəhərlənib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Köhnə Alvadı kəndində qeydə alınıb. Kənd sakinləri – 52 yaşlı Gülbahar Şahmarova, onun oğlu 30 yaşlı Elvin, qızı 18 yaşlı Günay, bacısı qızı 17 yaşlı Cəlalə və nəvələri 8 yaşlı Rəsul, 6 yaşlı Nuray, 4 yaşlı Fatimə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.