Azərbaycanda FACİƏ:  ata odun peçinə benzin atdı, 2 yaşlı oğlu yanıb öldü
19 oktyabr 2024 09:54 (UTC +04:00)

Azərbaycanda FACİƏ: ata odun peçinə benzin atdı, 2 yaşlı oğlu yanıb öldü

Lerikdə benzinlə ehtiyatsız davranma 2 yaşlı uşağın yanaraq ölməsinə, ata və ananın xəsarət almasına səbəb olub.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə dünən axşam saatlarında Lerik rayonunun Blaband kənd ərazi vahidliyinə daxil olan Şinəbənd kəndində baş verib. Kənd sakini 37 yaşlı Rüfət Güloğlan oğlu Abbasov, evdə odun peçini qalamaq üçün benzindən istifadə edib. Bu zaman peçdən çıxan alov ətrafa və yaxınlıqda olan uşaq 2 yaşlı V.R.Abbaslının üzərinə düşüb. Uşağın anası 35 yaşlı Afiqə İbrahim qızı Qasımova dərhal uşağın paltarlarını çıxarmağa çalışıb.

Həmin anda ana da hər iki əlin 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alıb. 2 yaşlı uşaq dərhal Lənkəran rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub, ilkin tibbi yardımdan sonra vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, uşaq bu gün səhər saatlarında orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804
avatar

Oxşar yazılar