Azərbaycanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ  - YENİLƏNİB
14 fevral 2024 11:10 (UTC +04:00)

Azərbaycanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

0

TƏBİB Şəmkirdəki kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. 

Qurumdan Lent.az-a bildirilib ki, fevralın 12-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsilə 4 müraciət, 13-də isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib.

Onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb. Vəziyyətləri qənaətbəxşdir.

***

saat 10:47

Qida Təhlükəsizliyi Agentliyi Şəmkirdə baş verən kütləvi zəhərlənmə ilə bağlı açıqlama yayıb.

Lent.az xəbər verir ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***

saat 10:19

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub.

Lent.az xəbər verir ki, zəhərlənən şəxslər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Həmin şəxslər 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il İ.Məmmədova, 2020-ci il R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədovadır.

Onlardan ikisinin vəziyyəti kafi qiymətləndirilir.

Zərərçəkənlər dönərxanada yedikləri dönərdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır. /Report

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5876

Oxşar yazılar