Sumqayıtda intihar hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin 18-ci mikrorayonunda yerləşən 36 saylı orta məktəbdə qeydə alınıb.
Sumqayıt şəhər sakini, 20 yaşlı Elvin Əhmədov məktəbin eyvanında özünü asıb.
Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.