Azərbaycanda daha bir uşaq qızılcadan öldü  - YENİLƏNİB
06 yanvar 2024 14:40 (UTC +04:00)

Azərbaycanda daha bir uşaq qızılcadan öldü - YENİLƏNİB

TƏBİB Şəkidə qızılcadan ölən azyaşlı ilə bağlı məlumat açıqlayıb.

Qurumdan Lent.az-a bildirilib ki, valideynləri 2023-cü il dekabr ayının son günlərindən Şəkinin Sarıca kənd sakinləri Məmişov Yusif və Məmişov Əli qardaşlarında öskürmə, yüksək hərarət, halsızlıq, tərləmə əlamətləri olduğunu açıqlayıblar:

"Hər iki uşaqla bağlı 03.01.2024-cü il tarixində saat 15:16 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə müraciət edilib, daxil olarkən Məmişov Yusif İsmayıl oğlunun vəziyyəti ağır olub, ətraflı laborator, diaqnostik müayinələr aparılıb, xəstəyə venadaxili infuziya inhalyasiya olunub, Yolxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

05.01.2024 tarixində saat 16:00 radələrində Məmişov Yusif İsmayıl oğlunun vəziyyəti ağırlaşıb. Xəstəyə pediatrın, reanimatoloqun baş həkimlə birgə baxışı keçirilib, əlavə müayinələr, qan analizləri aparılıb, Reanimasiya şöbəsinə köçürülüb. Müşahidələr və müalicələr davam etdirilib. Pnevmoniya ilə ağırlaşmış qızılca diaqnozu qoyulan azyaşlı gecə saatlarında intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub, bütün reanimasyon və intensiv terapiya tədbirlərinə baxmayaraq, azyaşlı 6 yanvar tarixində saat 05:50 radələrində ağciyər-ürək çatışmamazlığından dünyasını dəyişib.

Qardaşı Məmişov Əli İsmayıl oğlu 03.01.2024-cü il tarixində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə gətirilib, xəstə ilk yardım və müayinələrdən sonra Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Daxil olarkən vəziyyəti orta ağır olub. Xəstənin valideynləri müalicədən imtina edərək onu şöbədən çıxarıblar, daha sonra yenidən Təcili yardım bölməsinə gətiriblər.

Təcili yardım bölməsində xəstəyə yenidən ixtisaslı həkim müayinələri, laborator analizləri və tibbi yardımlar göstərilib, xəstə orta ağır stabil vəziyyətdə təcili yardım briqadası ilə Bakıdakı tibb müəssisəsinə təxliyə olunub".

O da qeyd edilib ki, Şəkinin Sarıca kəndinin tibb məntəqə rəhbəri azyaşlının ailə üzvləri ilə uşaqlarının peyvəndə cəlb olunması zərurəti ilə əlaqədar dəfələrlə profilaktik söhbətlər aparıb, ancaq valideynlər peyvənddən imtina ediblər və bu barədə izahatları da alınaraq sənədləşdirilib.

***
Saat: 10:44

Şəkidə 6 yaşlı uşaq xəstəxanada ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, yanvarın 5-dən 6-a keçən gecə rayonun Sarıca kənd sakini, 2017-ci il təvəllüdlü Y. M. müalicə olunduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyşib.

Azyaşlının xəstəxanada qızılca xəstəliyindən müalicə olunduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5973
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən çıxdı

Bakıda QƏZA: İşıqfor yerindən çıxdı

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10
Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

11 dekabr 2024 , 16:40