Azərbaycanda bu kəndə 80 sm qar yağıb
24 fevral 2023 08:41 (UTC +04:00)

Azərbaycanda bu kəndə 80 sm qar yağıb

Şimal-qərb bölgəsinin dəniz səviyyəsindən 1800 metr  yüksəklikdə yerləşən kəndinə 80 sm qar yağıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsində yağışlı, qarlı və şaxtalı hava şəraiti höküm sürür.

Ötən gün səhər saatlarından başlayaraq bölgəyə fasilələrdə qar yağır. Axşam və gecə saatlarına qarın yağması intensivləşib. Hazırda bölgənin dağlıq və dağətəyi kəndlərinə qarın yağması davam edir. Havanın hərarəti dağlıq ərazilərdə mənfi 10 dərəcəyə qədər aşağı düşüb. Axşam və gecə saatlarında yağan qar səbəbindən hazırda bölgənin Oğuz rayon mərkəzində 8-10 sm, rayonun dağətəyi kəndlərində 15 sm, Şəkinin rayon mərkəzində 8-10 sm, rayonun dağətəyi kəndlərində 10-15 sm, Qax rayon mərkəzində 5-7 sm, dağətəyi kəndlərində 25-30 sm, Zaqatalanın rayon mərkəzində 2-3 sm, dağətəyi kəndlərində 7-10 sm hündürlüyündə qar vardı. 

Bölgədə ən yüksək və dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerləşən Qax rayonunun Sarıbaş kəndində hazırda qarın hündürlüyü 80 sm-dən yuxarıdı. Havanın hərarəti mənfi 10 dərəcədən aşağıdır. Artıq iki gündür ki, qar və şaxta  səbəbindən kəndə gedən yol bağlanıb.  Kəndə elektrik enerjisinin və rabitənin verilməsində problem yoxdu.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3510
avatar

Oxşar yazılar