Göyçayda intihar baş verib.
Lent.az-ın məlumatına görə, Qarabaqqal kənd sakini 70 yaşlı Elmira Babayeva yaşadığı evdə kimyəvi məhlul içərək intihar edib.
Yaxınları onu dərhal xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.