Azərbaycan sərhədində 612 minlik qaçaqmal  məhsullar saxlanıldı
01 iyun 2023 15:20 (UTC +04:00)

Azərbaycan sərhədində 612 minlik qaçaqmal məhsullar saxlanıldı

118 kq 383 qram narkоtik vasitə və 1180 ədəd psixotrob həb aşkarlanaraq qanunsuz dövriyədən çıxarılıb.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin may ayında görülən işlərlə bağlı yaydığı məlumatda əks olunub.

Məlumata əsasən, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri 612 min 36 manat оlan qaçaqmal, о cümlədən narkotik vasitə, mobil telefonlar və tütün məmulatları saxlanılıb.

# 1299
avatar

Oxşar yazılar