Avtomobildən 31 min manatdan çox pul apardı
08 oktyabr 2022 17:26 (UTC +04:00)

Avtomobildən 31 min manatdan çox pul apardı

0

Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, oktyabrın 3-nə keçən gecə Yasamal rayonu Ş.Mehdiyev küçəsində “Hyundai” markalı bir avtomobildən 31.500 manat oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini Fərid Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1702

Oxşar yazılar